XƏBƏRLƏR / Siyasət

Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyəyə səfərə gəlib

Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb

Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyəyə səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 6-7 aprel 2023-cü il tarixlərində Türkiyəyə səfər edir.

    Səfər zamanı ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

    Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş zamanı Lavrov enerji məsələləri, Ukraynadakı müharibə, taxıl sövdələşməsi və Qarabağdakı vəziyyət, Ermənistan və Türkiyə arasında münasibətlərin bərpası, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını müzakirə etməyi planlaşdırır.