XƏBƏRLƏR / Siyasət

Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib

Rəcəb Tayyib Ərdoğan İƏT 17-ci Zirvə görüşündə iştirak edəcək

Türkiyə Prezidenti Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib.

    Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.