İran 4 gündən sonra Bakı-İrəvan birgə bəyanatını alqışladı
Bunu İran XİN-in sözçüsü Nasir Kənani deyib

İran Azərbaycan və Ermənistanın birgə bəyanatını və əsirlərin mübadiləsini alqışlayır və bunu sülh sazişinin əldə olunması istiqamətində təqdirəlayiq və konstruktiv addım kimi qiymətləndirir. Bunu bu gün Tehranda keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.