XƏBƏRLƏR / Siyasət

Almaniya rus sərhədçilərinin Ermənistandan çıxmasını istəyir

Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyə hazırdır

Almaniya rus sərhədçilərinin Ermənistandan çıxmasını istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Almaniya Rusiya sərhədçilərinin Ermənistandan tezliklə çıxarılmasında maraqlıdır, bu və digər anti-Rusiya addımlarının müqabilində Berlin İrəvana maliyyə yardımı təklif edir.

    Bu barədə TASS-a məlumatlı mənbə bildirib.

    "Almaniya Ermənistanı Qərbin anti-Rusiya siyasətinə sürükləməyə çalışır. Berlinin vəzifəsi mümkün qədər İrəvanla Moskva arasında çəkişmə yaratmaqdır. Almanlar rus sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında, həmçinin, hakimiyyəti öz dövlət aparatınж Rusiyaya dost olan şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat xidmətlərinin və hüquq-mühafizə orqanlarının lüstrasiya edilməsində maraqlıdır.

    Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Qarabağ ermənilərinin Avropa İttifaqı ölkələrinə kütləvi mühacirətinin qarşısını almaq üçün Nikol Paşinyan hökumətinin səylərinə dəstək verməyi təklif edir”, - agentliyin həmsöhbəti qeyd edib.