Sahibə Qafarova Kambocada ASEAN PA Baş Assambleyasında
MM Sədri Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmaq istəyi haqda danışıb
Milli Məclisin Sədri Sahibə Qafarova Kambocada keçirilən ASEAN
Milli Məclisin Sədri Sahibə Qafarova Kambocada keçirilən ASEAN Parlamentlərarası Assambleyasının 43-cü Baş Assambleyasında çıxış edib.
Çıxışın əsas məqamları:
- Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərinə böyük əhəmiyyət verir və onlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da dərinləşdirməyə çalışır.
- ASEAN-a üzv ölkələrin parlamentariləri ilə əlaqələrin gücləndirilməsi mövcud əlaqələrə mühüm ölçü qatacaq, əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, sülh, həmrəylik və davamlı inkişafı təşviq edəcək.
- Azərbaycan enerji təhlükəsizliyinin qorunmasına töhfə verən və Şərqlə Qərbi birləşdirən layihələri həyata keçirən etibarlı tərəfdaşdır.
- Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvü kimi dünyada sülhə, qlobal əməkdaşlığa və tərəqqiyə töhfə vermək üçün səylərini əsirgəmir.
- Əvvəllər işğal qurbanı olan Azərbaycan buna baxmayaraq Ermənistana münasibətləri normallaşdırmaq və beynəlxalq hüququn beş prinsipinə əsaslanan sülh sazişi imzalamağı təklif edib.