XƏBƏRLƏR / Siyasət

Lukaşenko İrəvana gəlir

Məlumatı Belarus liderinin mətbuat xidməti yayıb

Lukaşenko İrəvana gəlir
A.Lukaşenko
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistana işgüzar səfər edəcək. Məlumatı Belarus liderinin mətbuat xidməti yayıb.

    Noyabrın 23-də İrəvanda dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Tədbir dar və geniş formatda keçiriləcək.

    Ölkələrin liderləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, sessiyalararası dövrdə KTMT-nin fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər. Sammit iştirakçıları, həmçinin əməkdaşlığın müxtəlif sahələri ilə bağlı geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.

    2022-2023-cü illərdə KTMT-də sədrliyin Belarusa keçəcəyini nəzərə alan Aleksandr Lukaşenko bu müddət ərzində birgə səylərin cəmlənməli olacağı prioritet sahələri açıqlayacaq.