Ceyhun Bayramovla Mirzoyanın görüşü başladı
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda aparılan müzakirələrinin sonuncu günüdür
19:30
ABŞ-da Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü başlayıb.
Bu gün sülh sazişi layihəsinin müzakirəsi çərçivəsində baş tutan danışıqların sözügedən raundunun başa çatması gözlənilir.
***
Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda aparılan müzakirələrinin sonuncu günüdür.
ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, danışıqların sonuncu günündə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.
Qeyd edək ki, müzakirələr Corc Şults adına Milli Xarici İşlər Təlim Mərkəzində keçirilir.