Moskvada Qələbə günü ilə əlaqədar hərbi parad keçirildi
Tədbirdə qonaq qismində yeddi MDB ölkəsinin rəhbəri iştirak edir
Moskvada Qələbənin 78-ci ildönümü münasibətilə hərbi parad keçirilir. Paradda qonaq qismində MDB ölkələrinin rəhbərləri iştirak edir. Qonaqlar arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak edirlər.
Rusiya KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirak etməməsini Heydər Əliyevin 100 illik yubiley tədbirləri ilə izah edirlər.