Türkiyə və İran prezidentləri telefonla danışıblar
Bu barədə Məlumat Kommunikasiyalar Müdirliyinin (İletişin Başqanlığı) sosial media hesabında verilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Tərəflər İsrail-İran münaqişəsini, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Ərdoğan qeyd edib ki, İsrail və İran arasında münaqişənin həlli ilə bağlı bir sıra ölkələrin liderləri ilə danışıqlar aparıb. O, Türkiyənin toqquşmalara tez son qoymaq və nüvə danışıqlarına qayıtmaq üçün vasitəçilik səylərinə hazır olduğunu bildirib.
Prezident Ərdoğan Türkiyənin bölgədə sülhün və sabitliyin qorunmasına verdiyi əhəmiyyətin vurğuladı.
Ərdoğan son günlər İran prezidenti ilə bir neçə dəfə telefonla danışıb.
Bu günkü söhbətdən sonra Ərdoğan Rusiya Prezidenti Putinlə də telefonla danışıb.