XƏBƏRLƏR / Siyasət

Türkiyə S-400 Raketlərini Geri Qaytarmağa Çalışır

Bu barəfə Bloomberg yazır

Türkiyə S-400 Raketlərini Geri Qaytarmağa Çalışır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə ABŞ-ın rəğbətini qazanmaq üçün Rusiyaya S-400 Raketlərini Geri Qaytarmağa Çalışır

    Bloomberg xəbər verir ki, Türkiyə ABŞ ilə münasibətləri bərpa etmək və F-35 qırıcı təyyarə proqramına qayıtmaq üçün təxminən 10 il əvvəl əldə etdiyi Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini geri qaytarmağa çalışır.

    Qeyd olunur ki, prezident Ərdoğan bu məsələni ötən həftə Putinlə müzakirə etsə də, Kreml bu cür tələbləri rədd edir.

    Vaşinqton uzun müddətdir ki, Ankaranın bu raketlərdən imtina etməsində israr edir və bu da ABŞ-ın sanksiyalarına və Türkiyənin 2019-cu ildə F-35 proqramından kənarlaşdırılmasına səbəb olub. Nəşr yazır ki, S-400-dən imtina sanksiyaların aradan qaldırılmasına və ABŞ ilə müdafiə əməkdaşlığının bərpasına yol aça bilər.

    Bundan əlavə, qeyd olunur ki, Türkiyə də bu sistem üçün Rusiyadan, ehtimal ki, kompensasiya enerji təchizatı yolu ilə geri ödəmə tələb edir.