"Ermənistan və Azərbaycan arasında vasitəçiliyə hazırıq"
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı bildirib
Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərində effektiv vasitəçi olmağa və lazım gələrsə, prosesə qoşulmağa qadirdir.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı bildirib.
“İki il əvvəl biz Ermənistanla Azərbaycan arasında təmaslarda ilk konkret nəticələri qeydə aldıq. O zaman prosesdə şəxsən mən iştirak edirdim. Və həmin vasitəçiliyin rolu konkret nəticə ilə başa çatdı”, - deyə o qeyd edib.
“Mən iki ölkə, dostlarımız arasında prosesə qoşulmağa hazır olduğumuzu bir daha açıq şəkildə təsdiq etmək istəyirəm”, – Qaribaşvili əlavə edib.
Xatırladaq ki, 2021-ci ilin iyununda Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan 15 erməni hərbçini qarşı tərəfə, Ermənistan isə mina xəritələrinin bir hissəsini Azərbaycana təhvil verib.