ABŞ-dan sülhlə bağlı mühüm açıqlama
"ABŞ Azərbaycanla Ermənistan arasında danışıqların aparılmasında maraqlıdır"
ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıdır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib.
"ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq”, - o, jurnalistin sualını cavablandırarkən bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşünə gəldikdə isə, Patel bu məsələ ilə bağlı məlumatı olmadığını vurğulayıb.