İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Bu barədə İsrail KİV-ləri məlumat yayıb
Aprelin 18-19-da İsrailin xarici işlər naziri Eli Koenin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Həmin günlərdə Bakıda İsrail - Azərbaycan hökumətlərarası komissiyasının iclası keçiriləcək.
Xatırladaq ki, martın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə gedib. İsraildə Azərbaycanın səfirliyi açılacaq.