Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü VİDEO
Tədbir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluğun rəmzi kimi keçirilib
Prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər.

"Şuşada tarixi Cıdır düzündə Qarabağ atlarının nümunəvi yürüşü təşkil olunub".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabındakı VİDEO paylaşımında qeyd edib.

Hikmət Hacıyev qeyd edib ki, tədbir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluğun rəmzi kimi keçirilib:

"Qarabağ atlarının nümayişi mədəni irs və qardaşlığın simvolu olaraq bu müqəddəs torpaqda xalqları birləşdirib".
1 dəqiqədən az