Bu gün Azərbaycan və Ermənistan liderləri yenidən bir araya gələcək.
Görüş Brüsseldə baş tutacaq.
Rəsmi məlumata görə, Bakı vaxtı ilə saat 15:00-da Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş başlayacaq.
Danışıqlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunur. Hər iki ölkənin liderləri dünəndən etibarən Brüsseldə səfərdədir.