XƏBƏRLƏR / Siyasət

KTMT katibliyi Paşinyanı təkzib etdi

Baş nazir Ermənistanın KTMT-də iştirakının dondurulması barədə məlumat vermişdi

KTMT katibliyi Paşinyanı təkzib etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb. Bu barədə KTMT-dən bildirilib.

    "Bu günə kimi KTMT Katibliyinə İrəvandan KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb. İştirakın dondurulması tezisinə gəlincə, görünür, söhbət Ermənistan Respublikasının son vaxtlar Təşkilatın həyata keçirdiyi bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, - KTMT katibliyindən bildiriblər.

    Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.