Azərbaycan XİN Türkiyəyə terror hücumunu qınayır
Bununla bağlı Azərbaycan XİN-in rəsmi "Twitter" hesabında paylaşım edilib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qaziantep vilayətinə raket hücumu nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı verib. Bununla bağlı Azərbaycan XİN-in rəsmi "Twitter" hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Qaziantep vilayətinin Qarqamış şəhərində məktəb də daxil, mülki əhalinin yaşadığı ərazilərə xain raket hücumu nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Türkiyəyə qarşı terror hücumlarını qətiyyətlə qınayırıq!”, - paylaşımda qeyd olunub.