XƏBƏRLƏR / Siyasət

Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb

Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabada səfəri çərçivəsində Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.

    Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

    Görüşün detalları açıqlanmayıb.

    Qeyd edək ki, Türkiyə Prezidenti "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda iştirak etmək üçün Aşqabadda səfərdədir. Həmçinin Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü qeyd olunur.