Paşinyan Trampın oğlunun İrəvana gəlib-gəlməməsi haqda
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb
16:50
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın oğlunun İrəvana səfərinin ləğvi ilə bağlı xəbərlərə münasibət bildirib.
Ermənistan mediası xəbər verir: Paşinyan bildirib ki, onlar heç vaxt bu barədə nəsə deməyiblər.
“Biz bunu heç vaxt bəyan etməmişik. Kim bunu bəyan edibsə, qoy o da izah etsin”, - Ermənistan Baş naziri brifinqdə bildirib.
Qeyd edək ki, təxminən iki həftə əvvəl ABŞ Prezidenti Donald Trampın oğlunun noyabrın 12-də Ermənistana səfər edəcəyinə dair erməni mətbuatında etibarlı mənbələrə istinadən məlumat yayılmışdır.
***
12:41
Kiçik Tramp Ermənistana səfərini ləğv edib.
Onun 12 noyabrda Yerevana gəlişi baş tutmayacaq.
"Hraparak" qəzeti yazır ki, "bəziləri bunun "Özümüz bildiyimiz kimi" hərəkatının koordinatoru və həbs olunmuş rusiyalı oliqarx Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibə ilə əlaqəli ola biləcəyini düşünür." Müsahibədə Ermənistanda kilsənin təqib olunması barədə məlumatlar yer alırdı.
Səfərin məqsədi biznes maraqları, müxtəlif dairələrin nümayəndələri ilə görüşlər idi.
Ermənistan mediasının məlumatına görə, səfər TRIPP Marşrutunun (Zəngəzur Dəhlizi kimi tanınır) tikintisində Amerika biznesinin iştirakının qanuniləşdirilməsi və sonradan bu nəqliyyat arteriyasının idarə olunması ilə bağlı ola bilərdi.
1 dəqiqə