XƏBƏRLƏR / Siyasət

"Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi"

Bunu Prezident Ərdoğan AK Partiyanın Türk Dünyası Vizyon Sənədinin Təqdimat Proqramında deyib

"Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi idi"
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Türk Dünyası Vizyon Sənədinin Təqdimat Proqramında mühüm açıqlamalar verib.

    Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin əhəmiyyətindən danışıb.

    Ərdoğan deyib ki, Naxçıvan Sazişi Türk dünyası üçün bir dönüş nöqtəsi olub.

    Biz türk dövlətləri ilə bütün sahələrdə əməkdaşlığımızı gücləndiririk. 2009-cu ildə Türkdilli Ölkələrin 9-cu Zirvə Görüşündə Türk Şurasını təsis edən Naxçıvan Sazişi imzalandı. Şuranın təsis sənədi olan Naxçıvan Sazişi türk dünyası üçün dönüş nöqtəsi oldu. 2021-ci ildə türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümünü qeyd edən İstanbul Zirvə Görüşündə əməkdaşlığımızı növbəti səviyyəyə qaldırdıq və Türk Dövlətləri Təşkilatı olaraq davam etdirməyə qərar verdik.

    Onun sözlərinə görə, 2021-ci ildə TDT-nin İstanbul zirvəsində əməkdaşlığı daha bir üst səviyyəyə qaldırıblar, Türk dövlətləri arasında hər sahədə keçmişlə müqayisə olunmayacaq dərəcədə sıx əməkdaşlıq qurulub.

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk Dünyası Vizyonunu" təqdim etdi.

    Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan çıxışında qeyd etdi:

    "Türk xalqlarının zəngin irsini və təcrübəsini bir araya gətirən "Türk Dünyası Vizyonu" sənədi növbəti əsrin qurulmasında mühüm bir istiqamət olacaq."

    - Onun sözlərinə görə, enerji dəhlizlərinin, logistika marşrutlarının və rəqəmsal infrastrukturun inteqrasiyası türk dünyasını qlobal iqtisadi qüvvəyə çevirəcək.

    - O, həmçinin qeyd etdi ki, Türkiyə orta müddətdə türk dövlətləri ilə ticarəti 60 milyard dollara, uzun müddətdə isə 100 milyard dollara çatdırmaq niyyətindədir.