XƏBƏRLƏR / Siyasət

Tramp 907-ci düzəlişin icrasını dayandıracaq?

Sənəd avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı imzalana bilər

Tramp 907-ci düzəlişin icrasını dayandıracaq?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ prezidenti Donald Tramp Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrasını dayandıran sənədi imzalayacaq.

    Sənəd avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı imzalanacaq.

    İlham Əliyevlə Donald Trampın uğurlu əməkdaşlığının nəticəsi olan bu qərar Azərbaycanın 33 ildir üzləşdiyi ədalətsizliyə son qoyacaq.

    Məlumat ABŞ və Azərbaycan rəsmi mənbələr tərəfindən hələ təsdiqlənməyib.