Böyük Britaniya qondarma “prezident seçkiləri”ni tanımır
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old-un "X" sosial şəbəkəsində yazıb
Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Oldun "X" sosial şəbəkəsində (keçmiş Twitter) dərcində deyilir.
Səfir qeyd edib ki, Böyük Britaniya “beynəlxalq hüququn prinsip və normalarının vacibliyini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.