XƏBƏRLƏR / Siyasət

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
Vladimir Putin
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiyasının Prezidenti Vladimir Putin əvvəlcə Çinə, sonra isə Türkiyəyə səfər edəcək.

    Bu barədə Vladimir Putinin inauqurasiyasından sonra Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə müsahibəsində deyib.

    Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələ dəqiqləşdirilməyib, amma bu, RF liderinin Çinə səfərindən sonra mütləq baş tutacaq.

    Vladimir Putinin Türkiyəyə qarşıdakı səfəri ilə bağlı jurnalistin sualını cavablandıran Yuri Uşakov deyib: “Bu səfər Çindən sonra olacaq, çünki Rusiya Prezidenti ilk xarici səfərini məhz Pekinə edəcək”.