XƏBƏRLƏR / Siyasət

Xorvatiyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib

Andrey Plenkoviçi Prezident İlham Əliyev qəbul edib

Xorvatiyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib
Andrey Plenkoviç
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 14:30

    Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.

    Sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin nahar əsnasında geniş tərkibdə görüşü olub.

    ***

    Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.