ABŞ səfiri Laçın SKM-i Ermənistan tərəfdən müşahidə edib
İrəvandakı səfir Kristina Quinn gözlənilmədən Zəngəzura - Ermənistan-Azərbaycan sərhədinə gəlib
ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn Zəngəzurla çox maraqlandığını üçün Dığ kəndinə gələrək vəziyyəti yerində seyr edib. Xanım səfirin Twitter-də paylaşdığı şəkillərdən məlum olur ki, onu ancaq Xankəndi-Gorus yolu və Azərbaycanın Laçın Sərhəd Keçid Məntəqəsi (SKM) maraqlandırıb.
O, Twitter hesabında mətnlə müşayiət olunan bir şəkil yerləşdirib: "Sünik vilayətinə səfərim zamanı yerli məmurlar, vətəndaş cəmiyyəti və sakinlərdən geniş yayılmış təhlükəsizlik narahatlıqları barədə eşitdim. Sərhəd boyu gərgin vəziyyəti də ilk dəfə gördük. Hər kəs ədalətli və davamlı sülhün gətirəcəyi təhlükəsizlik və təhlükəsizliyə layiqdir".
ABŞ elçisinin belə birtərəfli və qərəzli mövqeyi Azərbaycan tərəfinin Vaşinqton görüşünü təxirə salmasına müəyyən dərəcədə aydınlıq gətirir.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter Azərbaycanın daxili məsələlərinə kobud şəkildə müdaxilə edərək, “Laçın dəhlizindən sərbəst keçidi” tələb etməyə və ləğv edilmiş “Dağlıq Qarabağ” inzibati ərazi vahidinin enerji təchizatı məsələlərini qaldırmağı mümkün hesab edib.