Avropanın İrəvandakı "binokl şoumenləri"nə yeni rəhbər qəlib
Satu Koivu yüksək vəzifəli Finlandiya polis zabitidir
Satu Koivu Ermənistanda Aİ Monitorinq Missiyasının yeni rəhbəri təyin edilib.
O, vəzifəsinin icrasına fevralın 20-də başlayacaq və Markus Ritteri əvəz edəcək.
Koyvu milli və beynəlxalq səviyyələrdə 35 ildən çox təcrübəsi olan yüksək vəzifəli Finlandiya polis zabitidir. "O, Fələstin ərazilərində, Ruandada, Namibiyada və Kiprdə BMT və Aİ missiyalarında yüksək vəzifələrdə çalışaraq beynəlxalq təcrübə qazanıb. EUMA missiyasının rəhbəri təyin olunmazdan əvvəl o, Finlandiya Milli Polis Şurasında çalışıb", - deyə Avropa Şurasının saytında bildirilir.
1 dəqiqədən az