XƏBƏRLƏR / Siyasət

Ərdoğan dönəmində Türkiyə-Rusiya münasibətləri inkişaf etdi

Bu gün Türkiyə və Rusiya prezidentləri Soçıdə Bakı vaxtı ilə saat 14:00-da görüşüblər

Ərdoğan dönəmində Türkiyə-Rusiya münasibətləri inkişaf etdi
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Ərdoğan və Putinin danışıqlarından çıxarışlar:

    Prezident Ərdoğan:

    - Xarici ticarət həcmimizin 62 milyard dollara çatmasından və 100 milyard dollar hədəfinə doğru getdiyimizdən çox məmnunuq.

    - Akkuyu Atom Elektrik Stansiyasında inkişaflar davam edir.

    - Ən vacib addımlardan biri də turizmdəki inkişaflardır. Rusiya bizim üçün turizmdə bir nömrədir, belə vəziyyətdədir.

    - Taxıl dəhlizi ilə bağlı bu gün nə çıxacağını gözləyirlər. Görüşümüzdən sonra mətbuat konfransında dünyaya veriləcək mesajın çox, çox əhəmiyyətli olacağına inanıram.

    - Sinop Atom Elektrik Stansiyası ilə bağlı addım atmaq üzrəyik.

    - Hesab edirəm ki, Mərkəzi Bank prezidentlərimizin görüşü ikitərəfli münasibətlərdə milli valyutaya addım atmaq baxımından əhəmiyyətlidir.

    Rusiya Prezidenti Putin:

    - Prezident Ərdoğanın liderliyi dövründə Türkiyə ilə Rusiya arasında əlaqələr daha da sürətlənib.

    - Ticarət həcmimiz müsbət istiqamətdə inkişaf edir.

    - Kənd təsərrüfatında çoxlu uğurlar əldə etmişik. Rusiya ilə Türkiyə arasında bir çox mövzuda uğurlu əlaqələrimizi davam etdiririk.

    - Tezliklə qaz və digər məsələlərlə bağlı mühüm addımlar atacağıq.

    - Taxıl dəhlizindən də danışacağıq.

    ***

    14:15

    Xarici ticarət həcmimizin 62 milyard dollar olması və 100 milyard hədəfinə doğru getməyimiz bizi həqiqətən də məmnun edir".

    TRT xəbər verir ki, bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

    Türkiyə Prezidenti çıxışında taxıl məsələsinin bir çox ölkələr üçün, o cümlədən az inkişaf etmiş Afrika ölkələri üçün faydalı olacağını vurğulayıb.

    "Prezident Ərdoğanın liderliyi dönəmində Türkiyə-Rusiya münasibətləri inkişaf etdi. Ticarət həcmimiz müsbət istiqamətdə artır. Kənd təsərrüfatı mövzusunda bir çox uğur qazanmışıq. Rusiya-Türkiyə arasında bir çox məsələdə ikitərəfli əlaqələrimiz uğurla davam edir. Yaxın vaxtlarda qaz və digər məsələlərdə önəmli addımlar atacağıq. Taxıl dəhlizi məsələsini də danışacağıq", - Putin bildirib.

    12:25

    RİA Novosti-yə Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib ki, Soçidə Ərdoğan və Putin arasında danışıqların başlaması Moskva vaxtı ilə saat 13:00-a planlaşdırılıb.

    ***

    12:20

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə gedib.

    Ərdoğanın rusiyalı həmkarı Putin ilə görüşləri zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Bununla belə, gündəmin ən mühüm məsələsi Taxıl Dəhlizi olacaq.

    Ərdoğanın səfərindən əvvəl xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

    İki liderin danışıqlarda məsələyə daha “strateji” prizmadan toxunacağı nəzərdə tutulur. Dünyanın maraqla gözlədiyi sammitdə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.

    Ərdoğan və Putin Suriya və Ukraynadakı müharibə də daxil olmaqla, regional hadisələri də dəyərləndirəcəklər. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də ön plana çıxacağı gözlənilir.

    Türkiyə Prezidenti Ərdoğanı Vitse-prezident Cövdət Yılmaz, İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər, xarici işlər naziri Hakan Fidan, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və bəzi rəsmilərin müşayiəti ilə yola salıblar.

    ***

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə 2023-cü il sentyabrın 4-də Soçiyə birgünlük işgüzar səfər edəcək.

    Türkiyə dövlət başçısının rusiyalı həmkarı ilə görüşlərində Türkiyə-Rusiya ikitərəfli münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, aktual qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

    Dünyanın gözünün çevrildiyi bu sammitdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq, taxıl dəhlizinin yenidən fəaliyyətə başlaması əsas gündəm məsələsi olacaq.

    Digər tərəfdən, Ukrayna üçün sülh diplomatiyası, Türkiyənin təbii qaz üçün enerji bazası olması, yeni atom elektrik stansiyası layihəsi, Qarabağ və Qafqazdakı son vəziyyət müzakirə olunacaq.