
22:10
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş başa çatıb.
bu barədə Türkiyə mənbələri məlumat yayıb.
Qeyd olunur ki, görüş bir saat davam edib.
Görüşdə Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son təşəbbüslər, iki ölkənin rəsmiləri arasında mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra baş verən proseslər, habelə iqtisadiyyat və enerji sahəsində ikitərəfli məsələlər müzakirə edilib.
H.Fidan bu gün həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüşəcək. Onun sabah həmkarı Sergey Lavrovla da görüşü gözlənilir.
***
21:26
Rusiya Prezidenti Vladimir Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bu barədə Kreml məlumat yayıb.
Tərəflərin müzakirə etdikləri məsələlər hələlik açıqlanmayıb.
Qeyd edək ki, H.Fidan Rusiyada səfərdədir.