Kreml Əliyevlə Paşinyanın Moskva görüşünün uğuruna ümid edir
Bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib
Kreml Əliyevlə Paşinyan arasında Moskva görüşlərinin səmərəli olacağına ümid edir.
"Biz Putinlə təmasların olacağını gözləyirik. Hazırda hazırlıq gedir", - Peskov "Report"a liderlərin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib.
O, həmçinin media vasitəsilə qarşılıqlı əlaqəni Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlığın ümumi kompleksinin mühüm tərkib hissəsi adlandırıb.
Peskov bu gün Moskvada keçirilən “Rusiya-Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” adlı dəyirmi masanı şərh edərkən deyib: "Moskva hesab edir ki, bu, davam edəcək və genişlənəcək".