XƏBƏRLƏR / Siyasət

A.Sibiqa Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib

Nazir Ukrayna şairi Taras Şevçenkonun abidəsinə də gedib

A.Sibiqa Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mayın 25-də Bakıda Zəfər parkını, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın ukraynaəsilli Milli Qəhrəmanı Viktor Seryoqinin məzarını ziyarət edib.

    Nazir görkəmli Ukrayna şairi Taras Şevçenkonun Azərbaycan paytaxtında ucaldılmış abidəsini də ziyarət edərək, önünə gül çələngi qoyub, abidənin yerləşdiyi parkda ağac əkib.