Keçmiş İran şahının oğlu İsrailə niyə gedir?
İranın vəliəhd şahzadəsi Rza Pəhləvi həm də İsrailin kəşfiyyat naziri ilə görüşəcək
Pəhləvi 1979-cu ildə İslam inqilabından sonra sürgünə göndərilən İran şahı Məhəmməd Rza Pəhləvinin böyük oğludur.
Keçmiş İran şahının oğlu Rza Pəhləvi Holokostu Anma Gününü qeyd etmək üçün bazar ertəsi İsrailə səfərə hazırlaşır.
Pəhləvi tvitində “İran xalqının dostluq mesajını çatdırmaq üçün” İsrailə səfər etdiyini bildirib.
“Mən İran xalqından dostluq mesajı çatdırmaq, rejimin İranın təbii sərvətlərindən sui-istifadə etməsinin həlli yolları ilə bağlı İsrailin su mütəxəssislərini cəlb etmək və Yom HaŞoahda Holokost qurbanlarına anmaq və ehtiram göstərmək üçün İsrailə səfər edirəm”..
O, davam etdi: "İsrail xalqının İslam Respublikasının İran xalqını təmsil etmədiyini bilməsini istəyirəm. Xalqımız arasındakı qədim bağ hər iki xalqın xeyrinə yenidən alovlana bilər. Mən İsrailə, ölkəmin daha parlaq gələcək qurmasınnda öz rolumu oynamaq üçün gedirəm”.
Pəhləvi müntəzəm olaraq İran rejimini qadınlara qarşı pis rəftarına və nüvə silahına can atmasına görə tənqid edir. Keçən ilin sentyabrında o, “Malard at Large” kanalının bir hissəsi kimi yayımlanan i24NEWS müxbiri Kristian Malara müsahibəsində Qərbi Tehrandakı rejimə qarşı İran xalqını dəstəkləməyə çağırıb. O, İran cəmiyyətinin müxtəlif təbəqələrini yardıma çağırıb və əlavə edib ki, dinin dövlətdən ayrılmasının tərəfdarıdır. Pəhləvi iranlı ayətullahları nüvə şantajından istifadə etməkdə ittiham edərək, yeni sazişin 2015-ci ildə imzalanandan daha pis olacağını deyib.