BRİKS ilə əməkdaşlıq ölkəmizin milli maraqlarına cavab verir
Bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev:
Azərbaycanın BRİKS ilə əməkdaşlığı gücləndirmək marağı ölkəmizin fundamental milli maraqlarına cavab verir və rəsmi Bakının ədalətli dünya nizamının formalaşması və bütün dövlətlər üçün bərabər inkişaf imkanlarının yaradılması istiqamətində ardıcıl kursuna üzvi şəkildə uyğun gəlir.
Bir tərəfdən Azərbaycan BMT-nin nüfuzunun, beynəlxalq münasibətlərdə mərkəzi əlaqələndirici rol oynamağa hesablanmış universal təşkilat kimi rolunun və effektivliyinin artırılmasının tərəfdarıdır, digər tərəfdən isə çoxqütblü dünya ideologiyasını bölüşür, ikili standartlardan azad və bölücü xətlərin yaradılmasını istisna edən dünya düzəninin formalaşması