XƏBƏRLƏR / Siyasət

Ərdoğanın Paşinyanla görüşü başa çatıb FOTO

Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib

Ərdoğanın Paşinyanla görüşü başa çatıb FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 23:45

    Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla İstanbulda görüşü ilə bağlı açıqlama yayıb.

    Məlumata əsasən, qəbul zamanı başda Türkiyə ilə Ermənistan arasındakı təmaslar da daxil olmaqla, Cənubi Qafqazdakı sülh və dialoq prosesi, o cümlədən regiona aid aktual məsələlər müzakirə olunub.

    Prezident Ərdoğan görüşdə Azərbaycan ilə Ermənistan arasında aparılan sülh danışıqlarının əhəmiyyətinə diqqət yönəldib. Türkiyənin bölgənin “qazan-qazan” prinsipi ilə inkişaf etdirilməsi istiqamətində görülən səylərə hər cür dəstəyi göstərməyə davam edəcəyini bildirib.

    Danışıq zamanı Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi çərçivəsində atıla biləcək addımlar da müzakirə olunub.

    Prezident Ərdoğan Türkiyənin yalnız Qafqazda deyil, bütün regionda sabitliyin təmin olunması üçün diplomatiyanın imkanlarından tam istifadə etdiyini bildirib.

    ***

    23:37

    Ermənistanın baş naziri Nikol Paşinyan Ərdoğanla görüş haqqında yazıb:

    İstanbulda prezident Ərdoğanla ətraflı söhbətim oldu. Biz Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini, regional hadisələri və dialoqun davam etdirilməsinin vacibliyini müzakirə etdik.

    Ermənistan regionumuzda sülh və sabitliyin qurulmasına sadiq qalır. 

    VİDEO

    ***

    20:21

    Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

    İki liderin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.

    Qeyd edək ki, bu gün N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə ilk işgüzar səfərə gedib.

    Paşinyanı səfərdə XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

    Qeyd edək ki, Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra, 1993-cü ildən etibarən bu ölkə ilə diplomatik əlaqələrini kəsib. Bu, uzun illərdən sonra Ermənistandan Türkiyəyə baş nazir səviyyəsində edilən ilk rəsmi səfərdir.