XƏBƏRLƏR / Siyasət

Belçikanın XİN başçısı Ermənistan və Azərbaycana gəlir

Hadija Labib İrəvan və Bakıda yüksək səviyyəli görüşlər keçirəcək

Belçikanın XİN başçısı Ermənistan və Azərbaycana gəlir
Hadija Lahbib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Belçikanın xarici işlər naziri Hadija Labib Ermənistana səfər edəcək.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Səfər avqustun 22-də baş tutacaq. Belçika XİN rəhbəri erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.

    O, həmçinin İrəvanda digər yüksək səviyyəli görüşlər keçirəcək.

    Azərbaycan Xarici İşlər Nazirliyi Hadija Labibin Ermənistandan sonra Azərbaycana səfər edəcəyini bildirib