XƏBƏRLƏR / Siyasət

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

Qonağı Baş nazirin müavini Şahin Mustafayev qarşılayıb

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd əl-Tani Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycana səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.