İƏT Laçın-Xankəndi yolundakı NBM-in qanuni olduğunu tanıyıb
Bu addımın təhdidlərə cavab olaraq atıldığı vurğulanıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarının qanuni olduğunu tanıyıb.
Qəbul edilən sənəddə deyilir: "İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Azərbaycanın təhlükəsizlik təhdidlərinə cavab olaraq, beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq öz suveren ərazisində sərhəd-keçid məntəqəsi yaratmaqla bağlı qanuni qərarını və addımını tanıyır".
İslam Əməkdaşlıq Təşkilatına 57 ölkə daxildir.