ABŞ-ın müvəqqəti işlər vəkili dini icmalar ilə görüşüb
Emi Karlon firavan gələcəyin qurulmasında dini icmaların mühüm rolunu vurğulayıb

ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüşüb.
ABŞ-ın müvəqqəti işlər vəkili Emi Karlon Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və QMİ Məşvərət Şurasının Azərbaycanda fəaliyyət göstərən ənənəvi dini konfessiyaları təmsil edən üzvləri ilə görüşüb.
Xanım Karlon avqustun 8-də keçirilən Vaşinqton Sammitinin əhəmiyyətini və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və firavan gələcəyin qurulmasında dini icmaların mühüm rolunu vurğulayıb.