Ərdoğanla Putin telefonla danışıblar
Türkiyə və Rusiyya prezidentləri Ukraynadakı vəziyyəti müzakirə ediblər
Ərdoğan və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Türkiyə Ukraynada daha çox itki və dağıntı olmadan sülhün bərqərar olmasının tərəfdarıdır.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı deyib.
"Prezident Ərdoğan zəlzələ ilə bağlı Rusiya prezidenti Putinə həmrəyliyinə görə təşəkkür edib. Prezident Ərdoğan bəyan edib ki, Rusiya-Ukrayna müharibəsində daha çox itki və dağıntı olmadan ədalətli sülh bərqərar edilməlidir. Prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın bərpa olunmasını səmimi arzuladığını bildirib. və bu məsələyə hər cür töhfə verməyə hazır olduqlarını bildiriblər”, - Türkiyə liderinin ofisindən jurnalistlərə bildiriblər.