Azərbaycan və Ermənistan bütün məsələləri müstəqil həll edir
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin qeyd edib
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin qeyd edib ki, Azərbaycan və Ermənistan əslində ABŞ və Aİ-nin sülh yolu ilə nizamlanma ilə bağlı tövsiyələrinə qulaq asmır, bütün məsələləri müstəqil həll etməyə üstünlük verir.
Narışkin “Razvedçik” jurnalına müsahibəsində ABŞ-ın bütün cəbhələrdə təşəbbüsü itirdiyini, Vaşinqtonun postsovet məkanında isə uğursuzluğa düçar olduğunu vurğulayıb.