Şahbaz Şərifin təyyarəsi Laçın hava limanına enib
Pakistan Baş nazirinin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına enən ilk xarici təyyarə oldu

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.
Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.