ABŞ Prezidenti Tramp bir sıra inqlabi qərarlar imzalayıb
Qərarların çoxu Bayden administrasiyası siyasətinin əksinə verilib
Trampın ABŞ prezidentliyinə qayıtdıqdan sonra verdiyi ilk qərarlar:
- ilk sənədlər administrasiyada təyinatlar, o cümlədən Nazirlər Kabinetinin səviyyəsi haqqındadır;
- ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxması;
- Baydenin prezidentliyi dövründə qəbul edilmiş 78 qərarın ləğvi (o cümlədən Kubanı terrorizmin sponsoru kimi yenidən təyin etmək);
- ABŞ vətəndaşlığının doğuş hüququ ilə əldə edilməsinə məhdudiyyətlər;
- narkotik kartellərinə terror təşkilatı statusu verdi;
- 2021-ci ilin yanvarında Kapitoliya hücumuna görə 1,5 minə yaxın məhkumun əfv edilməsi;
- Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi prosesinə başlamaq əmri;
- Qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün ABŞ-ın cənub sərhəddində fövqəladə vəziyyətin tətbiqi;
- Bayden administrasiyasının keçmiş məmurlarını qeyri-qanuni olaraq həssas məlumatları açıqladığına görə mühakimə etmək;
- Sosial şəbəkənin yarısının Amerika şirkətinə məxsus olmasını nəzərdə tutan TikTok haqqında icra fərmanı;
- söz azadlığının bərpası və “hökumət senzurasının qarşısının alınması” barədə direktiv göstəriş;
- ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün digər ölkələrə inkişaf yardımını 90 gün müddətinə dayandırmaq barədə sərəncam imzalayıb.