Türkiyə TŞ-sı Zəngəzur dəhlizini müzakirə edəcək
Türkiyə Təhlükəsizlik Şurası bu gün ilin son iclasını keçirəcək

"TRT Haber" xəbər verir ki, Türkiyə Təhlükəsizlik Şurası bu gün ilin son iclasını keçirəcək, burada digər aktual məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət, eləcə də Zəngəzur dəhlizi müzakirə olunacaq.
Toplantı Prezident Rəcəb Tayyib Ərdoğanın Ankaradakı iqamətgahında aparacaq.
Görüş zamanı həmçinin Yaxın Şərqdəki vəziyyət və Fələstinə yardım, Türkiyə ordusunun həyata keçirdiyi antiterror əməliyyatları da müzakirə olunacaq.