Tramp Los-Ancelesi miqrantlardan təmizləməyə göstəriş verib
"Bir vaxtlar böyük Amerika şəhəri olan Los-Ancelesi qanunsuz əcnəbilər və cinayətkarlar zəbt edib"

ABŞ Prezidenti Donald Tramp departament və agentliklərə Los-Ancelesi miqrantlardan təmizləmək üçün tapşırıq verib.
O bildirib ki, bir vaxtlar böyük Amerika şəhəri olan Los-Ancelesi qanunsuz əcnəbilər və cinayətkarlar zəbt edib.
“İndi zorakı, etirazçı dəstələr bizim deportasiya əməliyyatlarımızı dayandırmaq üçün federal agentlərimizə hücum edirlər. Mən daxili təhlükəsizlik katibi Kristi Noem, müdafiə katibi Pit Heqset və baş prokuror Pam Bondiyə bütün digər aidiyyəti departamentlər və agentliklərlə koordinasiyalı şəkildə Los-Ancelesi miqrant işğalından azad etmək üçün lazım olan bütün tədbirləri görməyə göstəriş verirəm” - deyə Tramp əlavə edib.