XƏBƏRLƏR / Siyasət

Paşinyanın iyunun 20-də Türkiyə səfər edəcəyi təsdiqləndi

Bu barədə məlumatı Ermənistan parlamentnin sədri Alen Simonyan verib

Paşinyanın iyunun 20-də Türkiyə səfər edəcəyi təsdiqləndi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan parlamentnin sədri Alen Simonyan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfər edəcəyini təsdiqləyib.

    Ermənistan mediasının məlumatına görə, Alen Simonyan deyib ki, Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək.

    "Hesab edirəm ki, bu səfər tarixidir. Çünki Ermənistan lideri ilk dəfədir ki, belə səviyyədə səfər edəcək", - o qeyd edib.

    Erməni spiker qeyd edib ki, Paşinyan və Ərdoğan iyunun 20-də Ankarada görüşəcəklər.

    Xatırladaq ki, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində salınan Azərbaycan Məhəlləsinin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edəcəklər.