XƏBƏRLƏR / Siyasət

Rusiyadan ən çox neft alan ölkənin başçısı Ukraynaya gəlib

Hindistanın Baş naziri Narendra Modi Kiyevə rəsmi səfərə gəlib

Rusiyadan ən çox neft alan ölkənin başçısı Ukraynaya gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın Baş naziri Narendra Modi Kiyevə gəlib.

    O, Volodimir Zelenski ilə görüşəcək. Bu, onun Ukraynaya ilk səfəridir.

    İyulun əvvəlində Modi Rusiyaya gəlib və Vladimir Putinlə mehriban və səmimi görüşlər keçirib.

    Qeyd edək ki, bu ay Hindistan Rusiya neftinin alıcısı olaraq Çini qabaqlayıb və birinci yerə çıxıb. Hindistanla alverdən Rusiya Ukrayna ilə müharibəni davam etmək üçün ən çox vəsait əldə edir.

    Görəsən ukraynalılar niyə Modini boykot etmir?