Əliyev, Mişel və Paşinyan Brüsseldə görüşəcəklər
Brüsseldə oktyabrın sonunda keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəlinib
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın sonunda Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.
Bunu Qranadada Aİ-nin qeyri-rəsmi sammiti başlamazdan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.
“Oktyabrın sonunda hər iki lideri Brüsselə dəvət etmək qərarına gəldim və hər iki lider bu görüşə gəlməyə razı oldular. Biz Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün çox iş görmək niyyətindəyik”.