Avropa liderləri Bakı və İrəvana çağırış etdi
Aİ tərəfləri prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır
Avropa İttifaqı (Aİ) liderlərinin Brüsseldə keçirilən sammitində Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Bu barədə sammitin yekun bəyanatında bildirilib.
Liderlər Aİ-nin vasitəçilik rolunu davam etdirmək niyyətində olduqlarını qeyd ediblər. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bu məsələdə Avropa liderlərinin "güclü birliyini"nin olduğunu vurğulayıb.
Sənəddə deyilir ki, Aİ Brüssel normallaşma prosesini dəstəkləyir və tərəfləri xoş niyyətlə hərəkət etməyə və prosesi bu ilin sonuna qədər yekunlaşdırmağa çağırır.
Bəyanatda Qarabağın erməni sakinlərinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.