Erməni tərəfi görüşdən vaz keçdiyinə bəraət qazandırır
Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanı irəli veriblər
XİN sözçüsü Badalyanın açıqlamasında deyilir: "Ermənistan tərəfi Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında ikitərəfli görüşün keçirilməsini təklif edib, lakin Azərbaycan tərəfi bu təklifi rədd edib. Ermənistan tərəfinin təklifi qüvvədədir.
Ermənistan tərəfi habelə yüksək və ən yüksək səviyyədə danışıqların intensivləşdirilməsi və bir ay ərzində sülh sazişinin imzalanmasına nail olmaq təklifini təsdiqləyir".