Paşinyan: Sülh üçün üç prinsipi Bakı ilə razılaşdırmışıq
Bu barədə erməni mənbələri məlumat verib
Bakı ilə üç əsas sülh və nizamlanma prinsipi razılaşdırılıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Əgər tərəflər razılaşdırılmış bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək", - o qeyd edib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl İrəvanın Bakıdan sülh sazişi ilə bağlı növbəti təkliflər aldığını bildirib. O qeyd edib ki, Ermənistan təkliflərə cavablar hazırlayır.