Rusiya Laçın yolu haqda Bakı və İrəvanla işlərinə davam edir
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "ABŞ Laçın yolunun dərhal açılmasını tələb edir. Rusiyanın mövqeyi necədir?" sualına cavab verib.
"Rusiya Laçın yolu ilə bağlı Bakı və İrəvanla işlərini ardıcıl olaraq davam etdirir.
Bu yaxınlarda Rusiya tərəfinin səyləri nəticəsində təşkil olunmuş humanitar yardımın ilk partiyası gəlib. İndi müxtəlif variantlar müzakirə olunur, tərəflərlə işlənir, biz bu işi davam etdirəcəyik", - Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.